Aktrisa küçədə güllələndi
26 avqust 2020 18:39 (UTC +04:00)

Aktrisa küçədə güllələndi

Əfqanıstanlı aktrisa və hüquqmüdafiəçisi Saba Saxar Kabildə güllə yarası alıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, aktrisanın 44 yaşlı əri Emal Zaki həyat yoldaşına işə gedəndə 3 naməlum şəxsin hücum etdiyini açıqlayıb. 

Onun sözlərinə görə, aktrisa ilə yanaşı maşında daha 4 nəfər – uşaq, sürücü və iki mühafizəçi olub. Mühafizəçilər də yaralanıblar. 

Zaki həyat yoldaşı evdən çıxandan təxminən 5 dəqiqə sonra atəş səsi eşidib. O, dərhal hadisə yerinə geib və təcili yardım çağırıb. Xəstəxanaya çatdırılan Saxar əməliyyat olunub. 

Əfqanıstanda ilk qadın rejissor kimi tanınan Saxar filmlərində korrupsiya və sosial ədalət məsələlərini qaldırır. Bundan əlavə, o, polis zabiti təlimlərini də keçib. 

 

# 5023
avatar

Oxşar yazılar