1075
14:25
25 Avqust 2020

Müddətsiz əmək müqaviləsi ilə bağlı apelyasiyaların keçirilmə TARİXİ

Avqustun 28-29-da müddətsiz əmək müqaviləsinin bağlanması məqsədilə keçirilən müsahibələrdə uğur qazanmayan və apelyasiya müraciəti etmiş 96 namizədlə təkrar onlayn müsahibələr keçiriləcək.

Təhsil Nazirliyindən Lent.az -a verilən məlumata görə, təkrar müsahibənin keçirilmə tarixi barədə məlumat namizədlərin şəxsi səhifəsinə artıq göndərilib.

Apellyasiya müraciəti etmiş namizədlərin əvvəlki müsahibə videogörüntülərinə müvafiq komissiyalarda baxılacaq və namizədlərə təkrar onlayn müsahibədə iştirak etmək üçün şərait yaradılacaq. Bu mərhələdə uğur qazanmış namizədlər ötən tədris ilində müddətli əmək müqaviləsi ilə işlədikləri təhsil müəssisəsinə 2020-2021-ci tədris ilindən etibarən müddətsiz əmək müqaviləsi əsasında işə qəbul ediləcək.