07:12
24 Avqust 2020

Maduro Venesuelanın hər zaman ABŞ-la dialoqa hazır olduğunu bildirib

“Venesuela hökuməti ABŞ rəhbərliyi ilə hər zaman dialoqa başlamağa hazırdır”.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu fikri bazar günü Venesuela Prezidenti Nikolas Maduro dövlət televiziyasına müsahibəsi zamanı deyib.

Maduro bildirib ki, ABŞ-da prezident seçkilərdə kimin qalib gələcəyindən asılı olmayaraq, Ağ Evə rəhbərlik edəcək hər kəslə dialoqa hazırdır: “Gözləyək və amerika xalqının nə qərar verəcəyini görək”.

Prezident əlavə edib ki, rəsmi Karakas və Vaşinqton arasındakı münasibətlərə yenidən baxılmalıdır.

Dİgər xəbərlər