1182
17:09
21 Avqust 2020

Koronavirus xəstələrinin müalicəsinə 51 xəstəxana cəlb edilib - Baş həkim

Sona qədər bu xəstəliyin mübarizəsində iştirak edəcəyik və qalib olacağıq”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Cəlilabad rayon Mərkəzi Xəstəxanasının direktoru Elnur Azadxanov deyib.

O bildirib ki, Azərbaycanda bu virus fevral ayının sonlarında aşkarlanıb: “Ümumilikdə 51 xəstəxana COVİD-li xəstələrin müalicəsinə cəlb edilib. Bütün xəstəxanalar qısa zamanda mobilləşdi. Biz bütün cihazlarla, dərman preparatları ilə təchiz olunmuşuq. Biz ilk olaraq 3 karantin qrupunu yola salmışıq. İlk gündən xidmətin yüksək səviyyədə təşkil olunması göz önündədir. Dünyada koronavirusa yoluxma sayı ilə ölüm sayının müqayisəsi, aparılan müalicə və bizdə olan çarpayı bazası, süni tənəffüs cihazlarımızın sayını müqayisə etsək, ortaya müəyyən cavablar çıxacaq”

Dİgər xəbərlər