1119
15:13
21 Avqust 2020

Vətəndaşlar aviabiletlərə ödədikləri pulu geri ala biləcəklər? - VİDEO

Koronavirus pandemiyası ilə bağlı Azərbaycan da daxil olmaqla əksər ölkələr sərhədlərini bağlayıb. Bu isə karantin bitənə qədər aviaşirkətlərin xarici ölkələrə uçuşları ləğv etməsinə səbəb olub.

APA TV xəbər verir ki, aviaşirkətlərin uçuşları təxirə salmağı isə virusdan əvvəl yer bron edərək səfər biletləri alan həmsöhbətimiz Amal kimi bir çox vətəndaşın səyahət xəyallarını suya salıb. Müsahibimiz deyir ki, fevralın 7-də Bakı-Almatı istiqaməti üzrə 7 iyuldan – 5 sentyabr tarixinə qədər ailə üzvləri üçün 1500 manatlıq aviabilet alıb. Lakin ölkədə karantin rejimi elan olunduqdan bir müddət sonra Azərbaycanda hava uçuşlarının tam şəkildə dayandırılması səbəbindən onun səyahəti təxirə salınıb.

Lent.az APA TV-nin mövzu ilə bağlı materialını təqdim edir.

Dİgər xəbərlər