2130
14:08
21 Avqust 2020

Hansı liseyi daha çox seçdilər? - QƏBUL BİTDİ

Bakı şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki liseylərin V siniflərinə qəbul üçün elektron qeydiyyat başa çatıb.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən Lent.az -a verilən məlumata görə, Texniki-Humanitar Lisey, 2 nömrəli Texniki-Humanitar Lisey, 147 nömrəli Texniki-Humanitar Lisey və 291 nömrəli Ekologiya Liseyinin V siniflərinə www.sy.edu.az elektron sistemi vasitəsilə ümumilikdə 737 müraciət daxil olub.

Onlardan 339-u Texniki-Humanitar Liseyi, 85-i 2 nömrəli Texniki-Humanitar Liseyi, 163-ü 147 nömrəli Texniki-Humanitar Liseyi və 150-si 291 nömrəli Ekologiya Liseyini seçib.

Dİgər xəbərlər