1361
12:35
21 Avqust 2020

İki azyaşlı qardaşı maşın vurdu: biri öldü

Abşeron rayonunda avtomobil 2 azyaşlını vurub.

Daxili İşlər Nazirliyindən Lent.az -a verilən məlumata görə, avqustun 20-də saat 13 radələrində Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində Bakı şəhər sakini V.Abbasov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakinləri, 9 yaşlı Rüstəm Həsənovu və 7 yaşlı qardaşı Muradı vurub.

Uşaqlar xəsarətlə xəstəxanaya yerləşdirilib, hadisə zamanı ağır xəsarət alan Rüstəm orada ölüb.

Hazırda Abşeron rayon Polis İdarəsində araşdırma aparılır.

Dİgər xəbərlər