Evdə qəhvədən həm də belə istifadə edə bilərsiniz: Ağlagəlməz 7 üsul
21 avqust 2020 19:00 (UTC +04:00)

Evdə qəhvədən həm də belə istifadə edə bilərsiniz: Ağlagəlməz 7 üsul

Aparılan araşdırmalara görə, qəhvə sevənlərin xərçəng, ürək və Alzheimer xəstəliyinə tutulma riski daha azdır. Bununla birlikdə, qəhvənin tərkibi yalnız sağlamlıq və enerji üçün deyil, eyni zamanda evdə müxtəlif məsələlərdə köməyimizə çatmaq baxımından da faydalıdır.  

Lent.az Türkiyə mediasına istinadən qəhvə istifadə edərək problemlərə həll tapmağın 7 yolunu təqdim edir:

Əvvəlcə onu qeyd edək ki, qəhvəni içdikdən sonra fincanınızın dibində qalan çöküntünü atmayın. Bu, sadəcə fala baxmaq üçün yox, həm də ev işlərində sizə mükəmməl köməkçidir.

1. Xalça ləkələrini aradan qaldırır

Qurudulmuş qəhvə çöküntüsünü bir filtrə qoyun və filtri ev heyvanınızın yaratdığı ləkənin üstündə saxlayın. Bir gecə ləkə üzərində saxladıqdan sonra onun təmizləndiyini və qoxunun azaldığını görəcəksiniz. 

2. Çirkli qablar parlayır

Qəhvə çöküntüsü qazanların kirinin təmizlənməsi üçün mükəmməl seçimdir. Süngərinizə bir qədər qəhvə tozu qoyun və onu hər zamanki kimi yuyun. İşə yaradığının şahidi olacaqsınız.

3. Əti yumşaldır

Qəhvədəki turşu ətdə daha hamar, daha zərif bir toxuma yaratmağa kömək edir. Bişirməzdən 2 saat əvvəl bir az qəhvə çöküntüsünü ətin üzərinə sürtün. Yumşaq bir ət əldə edəcəksiniz.

4. Bitkiləri canlandırır

Çiçəklərinizi bir az daha canlı görmək istəyirsinizsə, çəkilmiş qəhvəni suya qataraq bitkilərinizin dibinə tökün. Qəhvənin tərkibindəki azot, maqnezium və kalium bitkinin bəslənməsinə kömək edəcək. Amma çox istifadə etmək olmaz. Qəhvənin tərkibində həddindən artıq turşu olduğu üçün bitkiyə zərər verə bilər.

5. Buzlanmanın qarşısını alır

Qarlı günlərdə yolda buzlanmanın qarşısını almaq üçün qəhvə istifadə edə biləcəyinizi bilirdinizmi? Qəhvə çöküntüsü ətrafa hər hansı zərər vermədiyi üçün buzun meydana gəlməsinin qarşısını almaqda duz yerinə istifadə edə biləcəyiniz ən yaxşı alternativdir.

6. Qoxuları zərərsizləşdirir

Qəhvədə pis qoxulardan qurtulmağa kömək edən azot var. Köhnə corablardan və ya dəsmallardan hava təravətləndiriciləri düzəldə bilərsiniz. Bunları ayaqqabı, çəkməcə və ya idman zallarına da apara bilərsiniz. Soyuducunuzdakı qoxulardan qurtulmaq üçün də onun içinə bir fincan qəhvə dənəsi qoymağınız məsləhətdir.  

7. Həşəratları uzaqlaşdırır

Qəhvədə həşəratlar üçün zəhərli ola biləcək diterpenlər var. Beləliklə, ağcaqanad, milçək və böcəkləri dəf etmək üçün qəhvə çöküntüsündən istifadə edə bilərsiniz. Oturduğunuz yerin yaxınlığına bir fincan qəhvə çöküntüsü qoymaqla həşəratlardan canınızı qurtara bilərsiniz. Həşəratları bitkilərinizdən uzaq tutmaq üçün onların saplarına qəhvə çöküntüsü sürtün. Beləliklə, bitkinizə zərər vermədən onu böcəklərdən qoruyacaqsınız.

# 2845
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar