04:20
20 Avqust 2020

“Boeing” təyyarəsi qəza enişi etdi: iki ekipajdan biri...


“FedEx” aviakompaniyasına məxsus “Boeing 767-300” nəqliyyat təyyarəsi bu gün Los-Anceles hava limanına təcili eniş edib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə “KTLA” telekanalı məlumat yayıb.

Federal Aviasiya Administrasiyasının nümayəndəsi Yena McGreqor televiziyaya açıqlamasında bildirib ki, enişdən əvvəl təyyarə ekipajı sol eniş qurğusunun açılmasında problem olduğu barədə xəbərdarlıq edib. Bu səbəbdən təyyarə məcburu eniş etməli olub. Təyyarə enərkən alt hissədə güclü qığılcımlar müşahidə edilib.

Təyyarədən çıxarkən ayağından xəsarət alan iki ekipaj üzvündən biri xəstəxanaya yerləşdirilib.

Dİgər xəbərlər