1849
12:21
19 Avqust 2020

Bu müəllimlər yüksək nəticə göstərdilər - FOTO

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu müsabiqəsində Azərbaycan dili və ədəbiyyat fənni üzrə yüksək nəticə göstərənlərin adlarını açıqlayıb.

Nazirlikdən Lent.az -a verilən məlumata görə, müəllimliyə namizəd Fatimə Baxşəliyeva 58, Fizzə Çərkəzli və Gülnaz Muqumova 59 bal yığıb.

Müəllimlərin işə qəbul müsabiqəsi imtahanları təxminən 18 gün davam edəcək. Test imtahanları Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilir.

Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir.