05:08
19 Avqust 2020

Gəncədə piyadanı avtomobil vurdu - FOTO

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.

Hərəkətdə olan "Volkswagen" markalı minik maşını yolu keçmək istəyən Gəncə şəhər sakini, 1972-ci il təvəllüdlü Məhərrəmov İman Məcid oğlunu vurub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Dİgər xəbərlər