16:27
16 Avqust 2020

Mikroavtobusla rayona qanunsuz sərnişin daşıyan sürücü məsuliyyətə cəlb olundu - FOTO

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonların ərazilərində həftəsonları bütün ictimai nəqliyyatın fəaliyyəti qadağan olunub. Təəssüflər olsun ki, hələ də qayda pozuntusuna yol verən şəxslər var.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Lent.az -a verilən məlumata görə, karantin qaydalarını pozaraq bu qanunsuz fəaliyyətlə məşğul olan Xaçmaz rayon sakini Asif Əskərov idarə etdiyi “Qazel” markalı mikroavtobusla sərnişin aparan zaman rayon ərazisində Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Şöbə əməkdaşları tərəfindən sürücü ilə izahedici söhbətlər aparılıb və törətdiyi qayda pozuntusu barədə məlumat verilib.

Karantin qaydalarını pozan A.Əskərov və mikroavtobusla olan 8 sərnişin barəsində qanunauyğun tədbirlər görülüb.

Dİgər xəbərlər