
Bir nəfərə zor tətbiq edib bunu lentə alan qrup saxlanıldı - FOTO
Sumqayıt şəhərində bir qrup şəxsin bir nəfərə qarşı zor tətbiq etməsi və bunu lentə alması barədə sosial şəbəkələrdə yayılan videogörüntülər dərhal Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən nəzarətə götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, videogörüntülərdə zorakılığa məruz qalanın şəxsiyyəti qısa zamanda müəyyən edilib və onun izahatı alınıb. Abşeron rayon sakini olan həmin şəxs hadisənin Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində baş verdiyini bildirib.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən xuliqanlıq hərəkətlərini törətmiş Sumqayıt şəhər sakinləri Elməddin Babayev, Sərvər Quliyev, Tural Ağayev, Mirzə Mirzəyev, Xalid Abuzərov, Ağsu rayon sakini Vasif Osmanov və Qubadlı rayon sakini Sərvər İmanov saxlanılaraq istintaqa cəlb olunublar.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.
Hadisədə iştirak etmiş digər şəxslərin də müəyyən edilərək tutulmaları üçün zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Lamiyə Məmmədova
Oxşar yazılar

İki yaşlı körpənin üstünə qaynar su dağıldı
17 yanvar 2021 , 21:12
FHN Hirkan Milli Parkındakı yanğınla bağlı MƏLUMAT YAYDI-VİDEO
17 yanvar 2021 , 17:56
Azərbaycanda DƏHŞƏT: ər arvadını oteldə...
17 yanvar 2021 , 10:02
Azyaşlı qız dəm qazından boğuldu
16 yanvar 2021 , 21:39
“Mercedes” “VAZ”la toqquşdu: ölən var
16 yanvar 2021 , 19:11
Hirkan Milli Parkında yanğın bir istiqamətdə söndürülüb - VİDEO
16 yanvar 2021 , 18:08
Qanunsuz sərnişin daşıyan sürücü HƏBS OLUNDU
16 yanvar 2021 , 17:44
40 yaşlı qadın su kanalında batdl
16 yanvar 2021 , 14:42