1126
11:49
15 Avqust 2020

Koronavirus peyvəndi ilə bağlı Rusiyayla danışıq aparılmır - TƏBİB

“Hər bir peyvənd geniş istifadəyə başlamadan öncə 3 əsas mərhələdən keçməlidir”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, Rusiya ilə peyvəndlə bağlı hər hansı konkret danışığa başlanmayıb: “Beynəlxalq səviyyədə tanınan, beynəlxalq təşkilatlarla əlaqəli olaraq hansısa peyvəndi alıb Azərbaycana gətirməyi düşünürük. Avropada olan məşhur istehsalçılarla da əlaqəyə də girmişik. Rusiyada olan peyvəndlə bağlı gözləmək lazımdır. Məlumatlar çox ümidvericidir. Amma konkret söz demək çox tezdir”.