Azərbaycanda bu il evdə doğulan uşaqların sayı AÇIQLANDI
14 avqust 2020 12:39 (UTC +04:00)

Azərbaycanda bu il evdə doğulan uşaqların sayı AÇIQLANDI

“Ev şəraitində doğulan uşaqların aşkar olunması sahəsində bir sıra işlər görülüb, maarifləndirmə işləri aparılıb”.

APA-nın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova deyib.

O bildirib ki, 2019-cu ildə 148, 2020-ci ilin altı ayı ərzində 83 körpə ev şəraitində doğulub.

“139 körpənin sənədləşmə işi həyata keçirilib, qalanlarının valideynlərinə isə doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsində  hüquqi yardım göstərilib”, - xidmət rəisi vurğulayıb.

# 7498
avatar

Oxşar yazılar