
Karantin qaydalarını pozaraq xınayaxdı keçirdilər - FOTO

Hacıqabul rayonunda karantin rejimi qaydalarını pozaraq xınayaxdı mərasimi keçirən şəxslər saxlanılıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları koronavirus pandemiyası ilə mübarizə çərçivəsində elan olunan xüsusi karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması məqsədi ilə növbəti tədbir keçirib.
Hacıqabul RPŞ-yə şəhər ərazisində xınayaxdı mərasiminin keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşları dərhal həmin ünvana gəlib və karantin rejimi qaydalarının pozulduğunu aşkarlayıb. Mərasim dayandırılıb və oradakı 11 nəfər polis şöbəsinə gətirilib. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə cərimə protokolları tərtib olunub, saxlanılanların bəzilərinə isə xəbərdarlıq edilib. Saxlanılan şəxslərlə profilaktiki söhbətlər aparılaraq onlara karantin rejiminin qaydaları bir daha izah olunub. Mərasimdə iştirak edən qadınlara yığıncaq yerində şifahi xəbərdarlıq edilib.
Mərasimin səbəbkarı olan bəy barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə (polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq) protokol yazılaraq məhkəməyə göndərilib.

Oxşar yazılar

Bakıda sürücü iki avtomobilin arasında qaldı - FOTO
22 yanvar 2021 , 04:36
Yol buz bağladı, 11 avtomobil toqquşdu - Bakıda qəza - FOTO
22 yanvar 2021 , 01:58
Bakıda koronavirus xəstəsi itkin düşdü - FOTO
22 yanvar 2021 , 00:13
Abşeronda avtoqəza: 4 nəfər xəsarət aldı - FOTO
21 yanvar 2021 , 22:38
Şəmkirdə odlu silahla qətl törədildi - FOTO
21 yanvar 2021 , 20:58
DİN-dən xüsusi ƏMƏLİYYAT: 14 kiloya yaxın narkotik...
21 yanvar 2021 , 18:44
Cəzalandırılan prokurorluq əməkdaşlarının SAYI AÇIQLANDI
21 yanvar 2021 , 18:42
Ötən il Bakıda qeydə alınan cinayət hadisələrinin SAYI
21 yanvar 2021 , 18:26