10:43
12 Avqust 2020

Belarusda kütləvi iğtişaşların koordinatorları saxlanıldı

Avqustun 11-də Belarusun paytaxtı Minsk şəhərində kütləvi iğtişaşların koordinatorları saxlanılıb.

APA-nın xəbərinə görə, bu barədə “Belta” məlumat yayıb.

Bildirilib ki, koordinatorlardan biri “Belarus” mehmanxanasından tabeliyində olan 3 nəfəri təlimatlandırıb.

Həmin şəxslər də öz növbələrində yüzlərlə adama göstərişlər verib.

Bundan başqa, avqustun 12-dən etibarən Belarus ərazisində pirotexniki vasitələrin satışı qadağan edilib.

Dİgər xəbərlər