“YouTube”  baxışın hesablanmasını dəyişdi – Videolar artıq belə SAYILACAQ
18 avqust 2026 12:08 (UTC +04:00)

“YouTube” baxışın hesablanmasını dəyişdi – Videolar artıq belə SAYILACAQ

0

“YouTube” platforması uzun videolar, “Shorts”lar və canlı yayımlar üzrə ictimai baxış sayının hesablanması qaydasını yeniləyib.

Lent.az xəbər verir ki, şirkət ötən il “Shorts” formatında tətbiq etdiyi yeni hesablama üsulunu platformadakı bütün video formatlarına şamil edəcək.

Yeni qaydaya əsasən, uzun və qısa videolar, eləcə də canlı yayımlar oynadılmağa və ya təkrar göstərilməyə başladığı andan baxış kimi qeydə alınacaq. İzləyicinin hansı izləmə üsulunu seçməsindən asılı olmayaraq, yayıma başladığı an ictimai baxış sayına əlavə ediləcək.

“YouTube” bildirib ki, dəyişiklik sənaye standartlarına uyğunlaşmaq və platformada videoların çatdığı real auditoriyanı daha düzgün göstərmək məqsədi daşıyır.

Yeni sistem kontent yaradıcılarının videolarının neçə nəfərə çatdığını daha aydın görməsinə imkan verə bilər. Bununla yanaşı, hesablanma üsulunun dəyişməsi bəzi kanallarda görünən baxış sayının artmasına səbəb ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 308

Oxşar yazılar