Çindən Azərbaycana gələn tibb ekspertləri Respublika Klinik Xəstəxanasında - FOTO
11 avqust 2020 11:17 (UTC +04:00)

Çindən Azərbaycana gələn tibb ekspertləri Respublika Klinik Xəstəxanasında - FOTO

Avqustun 10-da ölkəmizə Çindən gələn tibb ekspertləri Ak. Mirqasımov adına Respublika Klinik Xəstəxanasında olub.

TƏBİB-dən Lent.az-a verilən məlumata görə, ekspertlər qeyri-COVID xəstəxanasında stasionar və poliklinik şöbələrdə yaradılmış şəraitlə, pasiyentlərin qəbulu prosesi, xəstələrin çeşidlənməsi və payız-qış mövsümünə hazırlıqla tanış olublar.

Qeyd edək ki, avqustun 4-də Azərbaycanda COVID-19 pandemiyası ilə mübarizədə yerli mütəxəssislərlə təcrübə mübadiləsi aparılması məqsədilə Çin hökuməti bir qrup tibbi eksperti ölkəmizə göndərib.

Eyni zamanda, TƏBİB-in mütəxəssisləri ilə praktiki və nəzəri fikir mübadiləsi aparılıb.

# 1303
avatar

Aygün İbrahimli

Oxşar yazılar