
"Toylar başlasa, qonaqların yarıdan çoxu gəlməyəcək" - Ədalət

"Karantin heç kimə sərf etmir. Sabah toylar açılsa, əminəm ki, toya qonaqlardan yarıdan çoxu gəlməyəcək. Hamı qorxacaq".
Lent.az xəbər verir ki, bu sözləri Əməkdar artist Ədalət Şükürov "5/5" proqramında deyib. Sənətçi pandemiyadan bəhs edib. O bildirib ki, ilk vaxtlar virusun olmasına inanmırdı:
"Əvvəl mən də inanmırdım ki, virus var. Çox istəyərdim restoranlar açılsın. Amma qaydalara əməl edilməlidir. Ən az iki-üç ay maska, spirtlə gəzməliyik.
Mən də toylar üçün darıxmışam. Kim istəməz ki, şad gündə iştirak etsin. müğənni dostlarım var, deyirik ki, adam lap istəyir pulsuz oxusun".
"Qara gün üçün nə yığmışdın" sualına ifaçı belə cavab verib:
"Bizdə nə var üzdədir. Öz həyatımı yaşayan adamam, çətinliklər çox görmüşəm. Ömür çox qısadır, istəyirəm onu yaxşı keçirim. Çoxu deyir ki, övladıma ev, iş, elə-belə olsun... Həyatdır, uşaqlar işləyir. Proqramları var, işləsinlər özlərinə alsınlar. Mənə heç kim nəsə alıb verməyib".(axşam.az)

Oxşar yazılar

Hadisəni tanıya bilməyəcəksiz - YENİ İMİC-FOTO
17 yanvar 2021 , 17:32
Siyavuş Aslanın oğlu: “Qızımı məndən gizlədirlər”-VİDEO
17 yanvar 2021 , 09:45
Pop kralı xadiməsini evdən çıxardıb
16 yanvar 2021 , 15:38
Tanınmış model səfil həyatı yaşayır - Aktyorla evli idi
15 yanvar 2021 , 14:55
“Çoçuk” serialının qəhrəmanları evlənir
15 yanvar 2021 , 12:18
Pulsuzluqdan kafedə qab yuyan işləmək istəyir - Məşhur müğənnimiz
15 yanvar 2021 , 10:07
Acundan yeni böyük layihə
15 yanvar 2021 , 09:24
Xoşqədəm Hidayətqızının həyat YOLDAŞI YENİ BİZNES QURDU
15 yanvar 2021 , 09:05