
Əliağa Vahidin 125 illiyi münasibətilə poçt markası buraxıldı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tərəfindən Azərbaycanın görkəmli qəzəlxan şairi Əliağa Vahidin anadan olmasının 125 illiyi münasibətilə poçt markası dövriyyəyə buraxılıb.
Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, Regional Rabitə Birliyi ölkələrinin 2020-ci il üçün müəyyən etdiyi “İncəsənət xadimləri” mövzusundakı birgə buraxılış çərçivəsində hazırlanan markanın üzərində şairin qrafik portreti təsvir edilib.
“Azərmarka”nın baş rəssamı Vüqar Əyyubov tərəfindən dizayn edilmiş markalar Belarusda 300 min tirajla çap olunub. Bununla yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanaraq satışa çıxarılıb.

Oxşar yazılar

Tofiq Bakıxanov “Şərəf” ordeni ilə təltif edildi
26 yanvar 2021 , 17:40
26 yaşlı serial ulduzu öldü
25 yanvar 2021 , 19:21
Muzey və sərgi salonları açılır
25 yanvar 2021 , 04:52
Dünyanı özünəməxsus baxışı ilə heyrətləndirən rəssam
24 yanvar 2021 , 11:08
Prezident Xalq artisti Eldar Quliyevi təbrik etdi
23 yanvar 2021 , 21:42
Eldar Quliyev "İstiqlal" ordeni ilə təltif olundu
23 yanvar 2021 , 21:38
Yaşadığını hiss etdirmək üçün... - Vahid Mustafayev yazır
23 yanvar 2021 , 17:09
Yol çəkirdilər qiymətli tarixi abidələr aşkarladılar - FOTO
23 yanvar 2021 , 04:10