
Sahibkarın sərvəti 100 milyardı ötdü

“Facebook” sosial şəbəkəsinin qurucusu, sahibkar Mark Zukerberqin bugün xalis sərvəti ilk dəfə olaraq 100 milyard dollarını keçib.
"APA-Economics"in “Bloomberg”ə istinadən verdiyi məlumata görə, Zukerberq bunun sayəsində "Bloomberg Billionaires Index" renkinqində Fransanın LVMH (Louis Vuitton Moet Hennessy) şirkətlər qrupunun baş meneceri Bernar Arnonu geridə qoyaraq üçüncü yerə yüksəlib.
Qeyd edək ki, təkcə bu il “Facebook”un qurucusu öz xalis sərvətini 22 mlrd. dollar artırıb. Sahibkarın sərvətinin böyük hissəsi onun “Facebook”dakı 13 faizlik payından əldə edilir.
Xatırladaq ki, hazırda “Bloomberg Billionaires Index” renkinqinə ABŞ-ın "Amazon" korporasiyasının rəhbəri Ceff Bezos liderlik edir. Bezosun xalis sərvəti təkcə bu il 75,3 mlrd. dollar artaraq hazırda 190 mlrd. dollar təşkil edir. İkinci yerdə isə “Microsoft” şirkətinin yaradıcısı Bill Geyts qərarlaşıb. (120 mlrd. dollar). Dördüncə yerə enən Bernar Arnonun sərvəti isə 81,4 mlrd. dollara bərabərdir.

Oxşar yazılar

Xəzərdə tarix yazıldı: "Dostluq" qalib gəldi
21 yanvar 2021 , 18:07
“Nar” Qarabağ müharibəsi veteranları üçün xüsusi güzəştlər təqdim edir
21 yanvar 2021 , 16:23
Makqreqor - Porye qarşıdurmasına 1xBet-dən "Risk etmədən mərc"
21 yanvar 2021 , 16:20
Unibank müştəriləri üçün vacib məlumat!
21 yanvar 2021 , 16:15
“Araz” 10 illiyi münasibətilə müştərilərinə 10 avtomobil qazanma şansı verir
21 yanvar 2021 , 15:48
ƏDV-ni geri alan BirBank istifadəçiləri Visa-dan əlavə pul qazana bilərlər!
21 yanvar 2021 , 14:12
ƏDV faizlərini geri alanlar üçün ikiqat qazanc!
21 yanvar 2021 , 14:10
"Kapital Bank" 2020-ci ilin nəticələrini elan edib
21 yanvar 2021 , 11:02