10:31
05 Avqust 2020

İş yoldaşını bıçaqlayan tutuldu - YENİLƏNİB

Şəmkirdə həmyerlisini bıçaqlayan şəxs saxlanılıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən, 21 yaşlı Mixayıl Quliyev tutularaq istintaqa təhvil verilib.

Qeyd edək ki, hadisəni törədən şəxs bıçaqlanan şəxslə iş yoldaşı olub.

***

saat 04:58

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Morul kəndində qeydə alınıb.

25 yaşlı Quliyev Sənan Mürşüd oğlu qarnının kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal cərrahi əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, S.Quliyevi tanıdığı şəxs bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.

Dİgər xəbərlər