"Doğma övladımı saxlaya bilmədim" - Afaq Gəncəli - VİDEO
02 avqust 2020 16:16 (UTC +04:00)

"Doğma övladımı saxlaya bilmədim" - Afaq Gəncəli - VİDEO

"ATV maqazin onlarla" proqramının "33 sual" rubrikasının budəfəki qonağı aparıcı Afaq Gəncəli olub.
O, rubrikanın aparıcısı Ruslan Ağayevin suallarını cavablandırıb.

Afaq "Övladlığa uşaq götürmək istəyərsən" sualına belə reaksiya verib:

"Uşaqları çox sevirəm, dillərini tapıram. Hər kəs keçsin günahımdan, bunu edə bilmərəm. Doğma övladımı saxlaya bilmədim. Başqa bir ailənin övladına belə etsəm, özümü bağışlaya bilmərəm. Bu məndə fobiya kimi yaranıb. Sabah bir şey baş versə, özümü on qat artıq günahkar hiss edərəm. O əmanətdir, onu saxlamağı boynuma götürürəm, söz verirəm ki, uşağı böyüdüb, saxlayıb, boya-başa çatdıracam. Bunu edə bilməsəm, gərək özümü öldürüm. Tanrı qarşısında böyük bir məsuliyyətdir".  

(Axşam.az)

# 13141
avatar

Oxşar yazılar