13:34
01 Avqust 2020

Rusiyada koronavirusdan ölənlərin sayı 14 mini keçdi


Rusiyada son sutka ərzində daha 5462 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 845 443 nəfərə çatıb.

Son sutka ərzində 95 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 14 058 nəfərə çatıb.

Dİgər xəbərlər