"Renaissance Travel"in rəhbəri həbs edildi - YENİLƏNİB
05 sentyabr 2026 18:48 (UTC +04:00)

"Renaissance Travel"in rəhbəri həbs edildi - YENİLƏNİB

0

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində turizm fəaliyyəti adı altında vətəndaşların pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən Orxan Hüseynli saxlanılıb.

Lent.az-ın əldə etdiyi xəbərə görə, araşdırmalarla müəyyən edilib ki, O.Hüseynli rəhbərlik etdiyi “Renaissance Travel” turizm şirkətinin sosial şəbəkə hesabında xarici ölkələrə cəlbedici şərtlərlə tur paketləri təklif edib. O, bu məqsədlə müraciət edən çoxsaylı vətəndaşların etibarından sui-istifadə edərək xarici ölkələrə turist səfərləri təşkil edəcəyinə dair yalan vədlər verib. O.Hüseynli qanunsuz hazırladığı saxta uçuş biletlərindən istifadə etməklə vətəndaşların müxtəlif məbləğlərdə pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirib.

Qeyd edilən faktlarla başlı cinayət işi başlanılıb. O.Hüseynli Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, sosial şəbəkələrdə sözügedən turizm şirkətinin ictimai fəal İlkin Rüstəmzadəyə məxsus olması ilə bağlı yayılan məlumatlar da hərtərəfli araşdırılıb. Aparılan araşdırmalar nəticəsində bu iddialar təsdiqini tapmayıb.

Məlumatı DİN-in mətbuat xidmətindən Lent.az-a təsdiqləyiblər.

***
2 sentyabr, saat: 10:32

"Renaissance Travel" turizm şirkəti ilə bağlı araşdırmalara başlanıb. 

Lent.az-ın əldə etdiyi məlumata görə, adıçəkilən şirkət tərəfindən dələduzluqla üzləşdiyini iddia edən bir nəfər polisə şikayət edib. 

Daxil olan şikayət əsasında Nizami rayon Polis İdarəsində araşdırmalara başlanlıb. 

"Renaissance Travel" turizm şirkətinin təmsilçisinin Orxan Hüseynli olduğu bildirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2008

Oxşar yazılar