14:10
01 Avqust 2020

“Yuventus” Ximenesi üçün 80 milyon avro xərcləməyə razıdır

İtaliyanın “Yuventus” klubu meksikalı futbolçu Raul Ximenesi heyətinə qatmağa yaxındır.

Apasport.az saytının məlumatına görə, Turin təmsilçisi şimali amerikalı hücumçu üçün İngiltərənin “Vulverhempton” klubuna 50 milyon avro ödəməyə hazırdır.

A seriyasının çempionu bu rəqəmi 80 milyona qədər qalxmasına da razıdır. Bu rəqəm də Premyer Liqa klubunu qane edir.

Ximenesi heyətində görmək istəyən digər komanda “Mançester Yunayted” isə “Yuventus”la mübarizədə uduzması ilə barışıb. Bu üzdən də ingiltərəlilər Portuqaliya “Braqa”sında çıxış edən Paulinyoya yönəldib.

Qeyd edək ki, Ximenes 2019/20 mövsümünün 38 maçında 17 qol vurub.

Dİgər xəbərlər