15:04
30 İyul 2020

Deputat partiyadan çıxarıldı

Türkiyənin Millətçi Hərəkat Partiyasının (MHP) Mərkəzi İntizam Komissiyası Ordu millət vəkili Camal Enginyurtun partiyadan çıxarılması barədə qərar qəbul edib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Mərkəzi İntizam Komissiyasının sədri, millət vəkili Halil Öztürk bildirib. O deyib ki, iyulun 21-də C. Enginyurtun partiyadan çıxarılması tələbi irəli sürülüb və bu gün komissiyanın iclasında onun partiyadan çıxarılmasına dair qərar verilib.

Dİgər xəbərlər