1321
13:57
30 İyul 2020

Taksi fəaliyyətinə icazə verilən maşınların sayı AÇIQLANDI

Dövlət Avtomobil Nəqliyyatı Xidməti pandemiya dövründə fəaliyyətinə icazə verilən taksilərin sayını açıqlayıb.

Qurumdan Lent.az -a verilən məlumata görə, karantin rejimində taksi xidmətləri üzrə 6224 nəqliyyat vasitəsinin fəaliyyətinə icazə verilib:

"Avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşıma fəaliyyətinə buraxılış, həmçinin bu sahədə verginin ödənilməsini təsdiq edən “Fərqlənmə nişanı” sənədinin “Azərpoçt” MMC-nin rayon və şəhər şöbələrində verilməsi prosesi təşkil olunub. Eyni zamanda, xüsusi karantin rejimində taksi xidmətləri üzrə 6 min 224 və ölkədaxili yük daşımaları üzrə 6 min 332 nəqliyyat vasitəsi haqqında məlumatlar operativ qaydada tərəfimizdən “icazə.e-gov.az” portalına daxil edilib".