18700
14:32
25 İyul 2020

Beş rayonda içməli su kəsiləcək


Şirvan və Hacıqabul şəhərlərində, həmçinin Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində müəyyən məhdudiyyətlər olacaq.

"Azərsu" ASC-dən Lent.az -a verilən məlumata görə, Kür çayında bulanıqlığın artması ilə əlaqədar Kür sutəmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırıldığından Şirvan və Hacıqabul şəhərlərinə, həmçinin Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində müəyyən məhdudiyyətlər olacaq.