12:44
24 İyul 2020

Azərbaycanda tələbə intihar etdi - YENİLƏNİB

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) tələbənin intihar etməsinə münasibət bildirib.

Universitetin mətbuat xidmətinin rəhbəri Elnarə Məmmədova Lent.az -a hadisə ilə bağlı mərhum tələbənin ailəsi ilə əlaqə saxlanıldığını deyib. Onun sözlərinə görə, intiharın nədən baş verdiyi bilinmir:

“Ramiz Sumqayıtda yaşayır. Hadisə də elə yaşadıqları evdə baş verib. Təhsil aldığı fakültənin dekanatlığından bildirildi ki, Ramiz heç bir problemi olmayan, dərsə sakit gəlib-gedən tələbə olub. Qrup yoldaşları da onun hansı səbəblə intihar etdiyini bilmir. Ailəsinə başsağlığı verdik, Allah rəhmət eləsin”.

***

Saat: 09:26

Azərbaycanda tələbə intihar edib.

Lent.az -ın məlumatına görə, Azərbaycanda Dövlət iqtisad Universiteti (UNEC) 3-cü kurs tələbəsi Ramiz Zöhrab oğlu Kazımov intihar edib. Hələlik onun həyatına nədən qəsd etməsinin səbəbi bilinmir.

Faktla bağlı araşdırma aparılır.

Dİgər xəbərlər