Keçmiş məhkumdan "Naqan" tapıldı
24 iyul 2020 09:09 (UTC +04:00)

Keçmiş məhkumdan "Naqan" tapıldı

Bakı sakinindən odlu silah götürülüb.

Lent.az-ın məlumatına görə, Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində əvvələr Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsilə məhkum olunmuş paytaxt sakini 57 yaşlı E.Əliyevdən "Naqan" tipli tapança və 7 ədəd patron aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2063

Oxşar yazılar