12:40
20 İyul 2020

Öz həyətində toy təşkil etdi, cəzalandırıldı

Sabirabadda toy məclisi təşkil edən şəxslər cərimələnib.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Lent.az -a verilən məlumata görə, karantin rejimi ilə bağlı məhdudiyyətlər tətbiq edilməsinə baxmayaraq bəzi şəxslər tərəfindən nizam-intizamın pozulması hallarına rast gəlinməkdədir. Belə ki, Sabirabad Rayon Polis Şöbəsinin Qaragüney Polis Bölməsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində rayonun Bala Həşimxanlı kəndində E. Əsədovun öz evinin həyətində toy məclisi təşkil etdiyi müəyyən edilib. Həmin məclisdə 20 nəfərə yaxın şəxs toplaşaraq xüsusi karantin qaydalarını kobud şəkildə pozublar. Polis əməkdaşları tərəfindən məclisdə iştirak edən 9 nəfər saxlanılıb. Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokollar tərtib olunaraq cərimə ediliblər.

Dİgər xəbərlər