Dünya çempionu pəncərədən yıxılıb öldü
18 iyul 2020 13:19 (UTC +04:00)

Dünya çempionu pəncərədən yıxılıb öldü


Fiqurlu konkisürmə üzrə gənclər arasında dünya çempionu Yekaterina Aleksandrovskaya ölüb.

Apasport.az saytının məlumatına görə, bədbəxt hadisə rusiyalı idmançının evində baş verib.

20 yaşlı Aleksandrovskaya 6-cı mərtəbədəki evinin pəncərəsindən yıxılıb. Gecə yıxılan Yekaterinanın cəsədi bir müddət sonra pəncərənin altından tapılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin bütün təfərrüatlarını araşdırırlar.

Bu yaxınlarda Kanadadakı yarışda uğursuz çıxış edən Yekaterina Aleksandrovskayanın depressiyadan əziyyət çəkdiyi bildirilir.

Qeyd edək ki, rusiyalı idmançı 2016-cı ildə vətəndaşlığını dəyişərək, Avstraliya millisi üçün yarışıb. O, 2017-ci ildə cütlərin mübarizəsində gənclər arasında dünya çempionatının qalibi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5912

Oxşar yazılar