15:41
17 İyul 2020

Dünənki yol qəzalarında 4 nəfər öldü

Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 14 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən Lent.az -a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 1 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 33 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 27 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş verən 3 ağır yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 7 nəfər saxlanılıb.

Dİgər xəbərlər