Partiya sədri: “Qarabağ işğaldan azad edilməyənə qədər bölgəyə sülh gəlməyəcək”
15 iyul 2020 14:30 (UTC +04:00)

Partiya sədri: “Qarabağ işğaldan azad edilməyənə qədər bölgəyə sülh gəlməyəcək”


“Ermənistanın Azərbaycana hücumlarını şiddətlə qınayırıq”.

APA-nın yerli bürosunun xəbərinə görə, bu, Türkiyənin “Səadət” partiyasının sədri Temel Karamollaoğlunun “Twitter” paylaşımında əksini tapıb.

Partiya sədri bildirib ki, Qarabağ işğaldan azad edilməyənə qədər bölgəyə sülh gəlməyəcək.

“Şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət diləyir, daima Azərbaycanın yanında olduğumuzu bildirirəm”, - deyə T. Karamollaoğlu vurğulayıb.

# 2386
avatar

Oxşar yazılar