İdman zalında yığışıb məşq edirdilər - VİDEO
13 iyul 2020 11:37 (UTC +04:00)

İdman zalında yığışıb məşq edirdilər - VİDEO

Yevlaxda karantin qaydalarını pozanlar cərimələnib.

DİN Mətbuat Xidmətinin Bərdə Regional qrupundan Lent.az-a verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində 8 nəfərin idman zalında toplaşaraq əlbəyaxa idman növləri üzrə məşq etdikləri müəyyən edilib. Qayda pozuntusuna yol vermiş həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilərək cərimə olunublar.

# 1969
avatar

Mehman Nəbiyev

Oxşar yazılar