1513
07:14
11 İyul 2020

Ukrayna və Türkiyə arasında hərbi əməkdaşlıq haqqında saziş imzalana bilər

Ukrayna Prezidenti Vladimir Zelenskinin Türkiyənin Müdafiə naziri Hulusi Akarla görüşü keçirilib. Ukraynada baş tutan danışıqlar zamanı iki ölkə arasında hərbi əməkdaşlıq haqqında sazişin imzalanması imkanlarını araşdırmağa dair razılıq əldə edilib.

APA-nın "Gazeta.ru"ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna liderinin rəsmi saytınında məlumat verilib.

Qeyd edilib ki, tərəflər müdafiə sahəsində əməkdaşlıq haqqında hökumətlərarası sazişi imzalamaq imkanlarını araşdırmağa razı olublar.

Bundan əlavə, Ukrayna və Türkiyə NATO-nun müvafiq proqramı çərçivəsində əməkdaşlıq etməyə hazır olduqlarını bildiriblər.