Aya Sofyaya ödənişli giriş ləğv edildi
10 iyul 2020 22:15 (UTC +04:00)

Aya Sofyaya ödənişli giriş ləğv edildi

 

İyulun 24-dən Aya Sofyada ilk Cümə namazı qılınacaq. 

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Aya Sofyanın muzeydən məscidə çevrilməsi ilə bağlı qərar verdikdən sonra Türkiyə xalqına etdiyi müraciətdə belə deyib.

Prezident bildirib ki, 86 ildən sonra Aya Sofyanın yenidən müsəlmanların ibadət yerinə çevrilməsi üçün hazırlıq işləri görülür. 

R.T.Ərdoğan məbədə ödənişli girişin də ləğv edildiyini, qeyri-müsəlmanlara da hər zaman açıq olacağını vurğulayıb.

# 4084
avatar

Oxşar yazılar