3553
14:52
10 İyul 2020

Ev şəraitində qaşları qalınlaşdırmaq mümkündürmü?

Hər bir xanım qalın və gözəl quruluşlu qaşlara sahib olmağı arzulayır. Bunun üçün müxtəlif üsullara əl atırlar. Amma bəzən də uğursuz nəticə əldə edirlər. Əziz xanımlar, indi sizə ev şəraitində qalın qaşlara necə sahib olmağın qaydalarını təqdim edəcəyik.

Qaş qalınlaşdırmaq deyiləndə ağılımıza ilk gələn sarmısaq və badam yağı olur. Bir çoxlarımızın bu vasitə ilə istədiyimizə nail olmadığında tez də bu işi buraxmışıq. Ancaq istifadə etdiyimiz ərzaqlar doğru, etdiyimiz yanlış ola bilərmi? O zaman gəlin, qaş qalınlaşdırmaq üçün nələri və necə edəcəyimizə baxaq.

Həkim-kosmetoloq Elnarə Rzayeva bu barədə Lent.az -a danışıb. Kosmetoloq məsləhət görür ki, bu işi təbii vasitələrlə həyata keçirəsiniz:

"Qaş qalınlaşdırmaq üçün mən xanımlara rahat əmələ gələn maska resepti deyəcəm. Bunun üçün bizə lazım olan ərzaqlar:

2diş sarmısaq

1 yemək qaşığı badam yağı

Hazırlanması:

Sarmısağı bir qaba qoyub yaxşıca əzin sonra isə suyunu süzün. Ayrıca qabda süzdüyümüz su ilə badam yağını qarışdırın.Üzünüzü yuyun.Yatmazdan öncə qulaq çöpüylə sarmısaqlı badam yağını qaşlarınıza sürtün.30 dəqiqədən sonra yuyun. Bunu hər gün təkrar edin. 1 ay boyunca qaşlarda qalınlaşmanı hiss edəcəksiniz.

Qaş qalınlaşdırma üsulları arasında sınanməş vasitələrdən biri də qaşları qaş fırçasıyla daramaqdır. Beləliklə, qan dövranı sürətlənəcək ,az öncə dediyimiz qarışımı belə də edib qaşlara vurmaq olar. Sarmısaq qoxusu sizi narahat efə bilər amma həqiqəyəndə qaşlarınızın gözəl qalın olmaqını istiyirsinizsə, buna döməlisiniz. Sarmısaq qoxusundan qurtulmaq üçün əllərinizi limon suyu ilə təmizləyin".

Onuda qeyd edək ki, bu qarışığ yalnız qaşlar üçün nəzərdə tutulub. Əla nəticəni əldə etmək üçün deyilən qaydalara düzgün riayət edin.