Azərbaycanda keçmiş məktəb direktoruna cinayət işi açıldı
08 iyul 2020 12:18 (UTC +04:00)

Azərbaycanda keçmiş məktəb direktoruna cinayət işi açıldı

Lənkəran rayonu, Şirinsu kənd orta məktəbinin sabiq direktoru Zeynəb Əhmədovanın öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi barədə daxil olmuş material Lənkəran rayon prokurorluğunda araşdırılıb.

Baş prokurorqludan Lent.az-a daxil olan məlumata görə, araşdırmalarla məktəbin direktoru Zeynəb Əhmədovanın işlədiyi müddət ərzində oz vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə işə qəbul üçün müraciət etmiş şəxsin tam ştat vahidi üzrə vakant elektrik vəzifəsinə təyin edilməsi müqabilində 500 manat məbləğində pul vəsaiti və digər maddi neməti almasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

# 1999
avatar

Mehman Nəbiyev

Oxşar yazılar