1927
11:36
06 İyul 2020

Azərbaycan ordusu cəbhədə gecə təlimləri keçirdi - FOTO - VİDEO

Azərbaycan Ordusunun cəbhəboyu zonada yerləşən hərbi hissələrində döyüş atışlı taktiki təlimləri keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az -a verilən xəbərə görə, təlimlər çərçivəsində bölmələr gecə vaxtı müxtəlif döyüş tapşırıqlarını yerinə yetiriblər.

Təlimlərə cəlb edilən bölmələr müxtəlif təyinatlı silahlardan atışlar icra edərək şərti düşmən hədəflərini məhv ediblər.