Tanınmış bəstəkar vəfat edib
06 iyul 2020 11:10 (UTC +04:00)

Tanınmış bəstəkar vəfat edib

Dünyaca məşhur italiyalı bəstəkar Ennio Morrikone 91 yaşında vəfat edib. Lent.az xarici mətbuata istinadla (“Rainews24” telekanalı) bəstəkar bir neçə gün əvvəl yıxılıb və bel sümüyü zədələnibmiş. Gecə saatlarında klinikaya aparılan böyük bəstəkar aldığı travmanın fəsadlarından orda dünyasını dəyişib.

Əsasən kinolara musiqi bəstələyən sənətkarın musiqiləri hər biri kinoya bərabərdir. 400-dən artıq kinoya və televiziya serialına musiqi yazıb.

E.Morrikone iki “Oskar” mükafatı laureatıdır.

Onun musiqiləri Azərbaycan filmlərində də istifadəe dilib. Xüsusən, Rasim Ocaqovun “Otel otağı” filmində.

# 5440
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar