4507
18:08
06 İyul 2020

Daha bir məşhurumuzun BORCU VAR

Aşıq Samirə Əliyeva "Zaurla Günaydın" verilişində qonaq olub. Lent.az -ın məlumatına görə, ifaçı pulsuzluqdan gileylənib: "800 manata yaxın maaş alıram. Amma karantin vaxtında borca girmişəm.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən və fəxdi ada görə maaş alıram. Amma artıq borc da almışam. Dolanışıq üçün bunu etməli oldum. Külli miqdarda deyil, amma yenə də borcdur. Evdə iki körpə uşaq var, az yeyirlər. Pulum əvvəl geyimə, mahnıya, benzinə gedirdi. İndi mahnı yazdırmırıq, geyim lazım olmur, maşını da çox sürmürük. Ona görə də xərc azdır".