3400
18:43
03 İyul 2020

“Nəzarət gücləndiriləcək, insanlar bunu hiss edəcəklər” - Prezidentin köməkçisi

“Azərbaycanda karantin rejimində nəzarət gücləndiriləcək”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi deyib ki, bunu insanlar qısa zamanda hiss edəcəklər: “Yas mərasimləri təşkil edən insanlar özləri də bunun məsuliyyətini dərk etməlidirlər”.