2200
18:06
03 İyul 2020

"Verilişlərə gələnlər SMS-lə icazə almalıdırlar" - Ülvi Mehdiyev

“Televiziya verilişinə gələn qonaqlar SMS-lə icazə alaraq gələ bilərlər”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

Dövlət Agentliyinin sədri deyib ki, iyulun 5-dən SMS-lə icazə alanlardan avtomobilləri üçün də icazə alınması tələb olunacaq: “İyulun 5-dən isə həmin qonaqlar avtomobilləri ilə bağlı da icazə almalı olacaqlar”.