Keçmiş məhkum bahalı fotoaparat oğurladı
02 iyul 2020 13:04 (UTC +04:00)

Keçmiş məhkum bahalı fotoaparat oğurladı

İyunun 10-da Nəsimi rayon ərazisindəki mağazaların birindən 1899 manat dəyərində fotoaparat oğurlanıb.

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsi 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Qasımov saxlanılıb.

# 1525
avatar

Mehman Nəbiyev

Oxşar yazılar