Bakıda karantin rejimini pozan kafe aşkarlandı
29 iyun 2020 17:55 (UTC +04:00)

Bakıda karantin rejimini pozan kafe aşkarlandı

0

Paytaxtın Səbail rayonunda karantin rejimi qaydalarına zidd olaraq, müəyyən olunan vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan kafe aşkarlanıb.  

APA-nın məlumatına görə, Səbail rayon Polis İdarəsi İctimai təhlükəsizlik şöbəsinin və Post Patrul Xidməti əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə Üzeyir Hacıbəyov küçəsində “Marani-gürcü mətbəxi”nin icarədarı və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.  

Ümumilikdə 3 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, 200 manat cərimə olunublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3529

Oxşar yazılar