3031
17:42
25 İyun 2020

TƏBİB bəzi səlahiyyətlərini niyə Səhiyyə Nazirliyinə verdi? - CAVAB

“Koronavirusla mübarizəni ölkəmizdə daha da təkmilləşdirmək üçün ambulator müalicə üzərində idarəetmə Səhiyyə Nazirliyinə həvalə olunub”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Y. Qarayeva deyib ki, əsas məqsəd mübarizənin gücləndirilməsi, iş yükünün bölünməsidir: “Artıq mobil xidmət də istifadəyə verilib. Evdə müalicə alan xəstələr sahə həkimlərinin nəzarətində olacaq. Bəlli saatlarda həkimlər xəstələrlə əlaqə saxlayacaq”.