2242
10:17
24 İyun 2020

“Bibiheybət yolu” açıldı

Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Bibiheybət məscidi istiqamətində olan yol açılıb.

Bunu APA -ya açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib. Onun sözlərinə görə, yol dünən gecədən istifadəyə verilib:

“Dünən gecə yol asfaltlandıqdan sonra istifadəyə verilib. Yoldan şəhərə giriş-çıxış tam bərpa olunub”.

Qeyd edək ki, 2019-cu il noyabrın 24-də Bakının Səbail rayonu, Bibiheybət məscidinin yaxınlığında torpaq sürüşməsi olub və yol yararsız vəziyyətə düşüb. Hadisə şəhərin mərkəzinə doğru gedən istiqamətdə baş verib. Nəticədə yolun asfalt qatı dağılıb. Uçqun təxminən 250-300 metrlik ərazini əhatə edib.